Şri-Lankada Oçi qasırğası 35-ə yaxın insanın həyatına son qoyub

Şri-Lankanın cənub-qərb əyalətlərini əhatə edən Oçi qasırğası 35-ə yaxın insanın həyatına son qoyub.

Metbuat.az-ın məlumatına görə, güclü külək nəticəsində bir çox tikili dağılıb. Daşqınlar bəzi bölgələrdə torpaq sürüşmələrinə yol açıb.

Suyun səviyyəsi 1metr yarıma çatıb. 15 min sakin təxliyə olunub. Hidrometeoroloqlar qasırğanın miqyasının genişlənəcəyi barədə xəbərdarlıq edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR