Bağdaddan Parisə xəbərdarlıq -

Fransa prezidenti Emmanuel Makronun "Haşdi Şabi" qruplaşmasının ləğvi barədə çağırışı İraqda sərt etirazla qarşılanıb.

Metbuat.az-ın məlumatına görə, rəsmi Bağdad bəyan edib ki, Paris ölkənin daxili işlərinə qarışmamalıdır:

"Fransa konstitusiyası başqa ölkələrin daxili işlərinə müdaxiləni qadağan edir. Haşdi Şabi olmasaydı İŞİD terror təşkilatı Fransanın mərkəzinə çatacaqdı".

Qeyd edək ki, 2 gün əvvəl Parisdə İraq regional hökumətinin baş naziri Nəçirvan Bərzani ilə bir araya gələn Makron, "Haşdi Şabi" əleyhinə ifadələr səsləndirib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR