“Qarabağ”a nəfəs almağa imkan verməməliyik" - Di Françesko

"Roma"nın baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi mətbuat konfransı keçirib.

Metbuat.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Oyunun əvvəlindən hücum futbolu nümayiş etdirməliyik. “Qarabağ”a nəfəs almağa imkan verməməliyik.

- Perotti və Nainqqolanın son durumları barədə nə deyə bilərsiniz?

- Hər ikisi sabah meydana çıxacaq. Buna görə sevinirik. Yalnız Kolarovun durumunu nəzərə alacağıq. O, SPAL-a qarşı matçda çox yorulub. Amma o da mütləq “Qarabağ”a qarşı oynayacaq.

- Digər görüşdə “Atletiko”dan sizə sərf edəcək nəticə gözləyirsinizmi ?

- Biz ancaq öz oyunumuz haqda düşünürük. Futbolçulara həmişə deyirəm ki, çempionatda və Çempionlar Liqasında taleyimiz öz əlimizdədir. Hədəfimiz qələbə qazanaraq növbəti mərhələyə yüksəlməkdir.

- “Qarabağ”la oyunda sürpriz ola bilər ?

- Çox yaxşı komanda ilə qarşılaşacağıq. İlk “Qarabağ” xüsusən Madriddəki matçda “Atletiko”ya qarşı yaxşı oyun nümayiş etdirmişdi. Bu, “Çelsi”nin ilk turda Londonda çoxlu qol vurduğu “Qarabağ” deyil. Bununla belə, öz oyunumuzu göstərə bilsək, azərbaycanlıları məğlub edəcəyik.

- "Qarabağ"la ilk görüşdən sonra komandanızda nə dəyişib?

- Komandada çox şey dəyişib. Bakıdakı kimi, yenə “Qarabağ”a qalib gəlməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq.

- Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi?

- Bu suala “Qarabağ”la matç bitəndən sonra cavab vermək olar. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam, bundan sonra da belə davranacam./ Qol.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR