​Hindistanda azı 25 nəfər həyatını itirib -

Hindistanın cənub əyalətlərində tüğyan edən Oçi qasırğası nəticəsində azı 25 nəfər həyatını itirib.

Metbuat.az-ın məlumatına görə, yüzlərlə insan itkin düşüb. Şiddətli yağışın əmələ gətirdiyi sel nəticəsində çox sayda tikili suya qərq olub. Sürəti saatda 175 km-ə çatan külək ağacları kökündən çıxarıb. Bölgəni elektrik enerjisi ilə təmin edən əsas naqillər qırılıb. Sakinlər içməli su və qida problemi ilə üzləşib.

Təbii fəlakət daha çox Tamilnad əyalətinə ziyan vurub. Təhlükə səbəbiylə 30 min sakin təxliyə edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR