Rusiyadan İstanbulu partladan qadınla bağlı açıqlama

Rusiyadan İstanbulu partladan qadınla bağlı açıqlama
20:21 9 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda bu il yanvarın 6-da baş vermiş terror aktında Rusiya vətəndaşının iştirakı haqqında məlumatlar təsdiqini tapmayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin ən böyük şəhərində fəaliyyət göstərən Rusiyanın Baş Konsulluğu bu faktı təsdiqləməyib.

Konsulluğun nümayəndəsi bildirib ki, hazırda bizdə bu barədə informasiya yoxdur.

Türkiyə KİV-ləri hadisədən sonra yazmışdı ki, şəhərin mərkəzində polis bölməsinə hücum zamanı özünü partladan şəxs Rusiya vətəndaşı olub və onu Diana Ramazova çağırıblar. Türkiyə hakimiyyəti də bu məlumatın doğruluğu barədə heç bir açıqlama verməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR