Monteneqro “ASAN xidmət” təcrübəsinə müraciət edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub.

ASAN Xidmət”in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.

Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Memorandum4 dekabrda Dövlət Agentliyinin sədri İnam Kərimov və Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç tərəfindən imzalanıb. Memorandumda “ASAN xidmət” modeli əsasında Monteneqroda dövlət və özəl xidmətlər göstərən mərkəzlərin yaradılması, bu məqsədlə qurumlararası təcrübə proqramlarının və təlimlərin təşkil olunması, tanışlıq səfərlərinin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra mətbuat konfransı keçirilib, Suzana Pribiloviç və İnam Kərimov jurnalistlərin suallarını cavablandırıblar.

“Azərbaycanın gördüyü işlər Əfqanıstanı yaxşı gələcəyə aparacaq” - Mübariz Əhmədoğlu

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR