Play Store

Azərbaycanla diplomatik əlaqələrin 545 illiyi - Polşada

Polşada Azərbaycanla diplomatik əlaqələrin 545 illiyi qeyd olunub.

Tarix İnstitutundan Metbuat.az-a verilən məlumata görə, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun dəvətinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və institutun əməkdaşları – elmi katib İradə Əliyeva, şöbə müdiri Şahin Fərzəliyev və polyak dili üzrə mütəxəssis Nərmin Qafarlı Polşada elmi ezamiyyətdə olublar.

Polşanın Torun şəhərindəki IV Kazimir Yaqellonçik adına liseydə Azərbaycan-Polşa diplomatik əlaqələrinin 545 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Elmi konfransda çıxış edən akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan-Polşa diplomatik əlaqələrinin tarixi 1472-ci ilə gedib çıxır: “1472-ci ildə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən Polşaya diplomatik missiya göndərib və azərbaycanlı nümayəndələr Polşa kralı IV Kazimir Yaqellonçiklə diplomatik danışıqlar aparıblar”.

Tədbirdə Uzun Həsənin IV Kazimirə göndərdiyi məktublar nümayiş etdirilib. Səfir Həsən Həsənov qeyd edib ki, bu məktublar Krakov şəhərində yerləşən Əlyazmalar Fondunda saxlanılır. Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Torundakı liseydə Uzun Həsən və IV Kazimirə həsr olunmuş xatirə lövhəsinin açılışı olub. Tədbirin sonunda səfir H.Həsənov konfransın işində fəal iştirak edən bir qrupu xatirə medalı ilə təltif edib.

Tarixçi-alimlərimiz Varşavada Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç (1865-1920) və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın (1897-1971) xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Yaqub Mahmudov Qarabağ, İrəvan, Naxçıvan tarixinə və ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarına həsr olunmuş kitabları Polşa tərəfinə hədiyyə edib. AMEA-nın Tarix İnstitutu ilə PEA-nın Tarix İnstitutu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan və Polşa respublikalarının 100 illiyinə həsr olunmuş elmi konfranslar keçiriləcək və əməkdaşlıq müqaviləsi imzalanacaq.

Monteneqro “ASAN xidmət” təcrübəsinə müraciət edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR