Play Store

İngiltərə və Aİ Breksit məsələsində razılaşmadı

İngiltərə və Avropa İttifaqı (Aİ) Breksit (Böyük Britaniyanın Aİ-ni tərk etməsi) müzakirələrində razılığa gələ bilməyiblər.

Metbuat.az-ın məlumatına görə, İngiltərə Baş naziri Tereza Meylə və Avropa Komissiyanın sədri Jan-Klod Yunker Breksit danışıqlarından sonra mətbuat konfransı keçiriblər. Baş nazir mətbuat konfransı zamanı bildirib ki, danışıqlarda irəliləyiş qeydə alınıb. Lakin Avropa Birliyi ilə bir neçə məsələdə fikir ayrılığı səbəbindən növbəti mərhələyə keçmək üçün razılığa gəlməyiblər.

Yunker isə bildirib ki, Brüssel danışıqlarında ən yaxşı səylərə baxmayaraq, budəfəki görüşdə yenə də tam bir razılaşma əldə edə bilməyiblər, amma bu, uğursuzluq deyil.

Aİ vətəndaşların hüquqlarına dair razılaşma əldə olunana qədər Böyük Britaniyanın nə qədər pul ödəyəcəyinə dair heç bir açıqlama verilməyəcəyini bildirib.

Günay Elşadqızı / METBUAT.AZ

Səyahət qadağası təsdiqləndi – ABŞ Ali Məhkəməsi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR