Vətəndaşlar arasında maraqlı sorğu - Almaniya

Almaniya vətəndaşları arasında ölkənin ən böyük xarici probleminin nə olmağı ilə bağlı anket sorğusu keçirilib.

Metbuat.az-ın məlumatına görə, almanlar ölkəyə gələn qaçqın problemini ən böyük xarici problem kimi görüblər. “Körber Foundation” tərəfindən aparılan araşdırmada, iştirakçıların 26%-i qaçqın problemini ən böyük problem görsələr də, ikinci sırada 19% səslə ABŞ prezidenti Donald Tramp yer alıb.

Trampın Almaniyanın siyasətini tənqid etməsi, Paris İqlim Anlaşmasından çıxmaq istəməsi və İranla nüvə razılığını pozmağa çalışması əsas səbəb kimi göstərilib.

Araşdırmaya görə, iştirakçılar üçüncü sırada ən böyük problem kimi 17% səslə Türkiyəni seçiblər. Almaniya ilə Türkiyə arasında son dövrdə geriləyən əlaqələr, referendum prosesindən əvvəl yaşanan "mitinq böhranları" və Türkiyənin Almaniyanı FƏTÖ-çüləri geri göndərmədiyi üçün sərt şəkildə günahlandırması əsas səbəb göstərilir.

Sıranı 10% səslə Şimali Koreya, 8% səslə isə Rusiya izləyir.

Günay Elşadqızı / METBUAT.AZ

Səyahət qadağası təsdiqləndi – ABŞ Ali Məhkəməsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR