Play Store

AZƏRBAYCAN: Sabah axşamdan başlayır - DİQQƏT!

“Sabah axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir”.

Bunu Metbuat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, hava qeyri-sabit keçəcək, arabir yağış yağacaq:

“Dağlıq və dağətəyi rayonlarda yağıntının sulu qar və qar şəklində olacağı ehtimal olunur. Qərb küləyinin bəzi bölgələrdə arabir güclənməsi gözlənilir. Havanın tempraturu bu günlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. İlkin məlumatlara əsasən, qeyri-sabit hava şəraiti dekabrın 8-i gündüz saatlarına qədər davam edəcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bundan sonra "Whatsapp" internetsiz olacaq – YENİLİK – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR