Sər­həd təhlükəsizliyi məsələləri müzakirə edildi - FOTOLAR

Dekabr ayının 2-4 tarixlərində İran İslam Respub­lika­sının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rza­yinin dəvəti ilə general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndə heyəti Tehran şəhərinə rəsmi səfər edib.

DSX-nın Mətbuat Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, səfər çərçivəsində general-mayor Q.Rza­yi və İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-pol­kovnik Məhəmməd Hüseyn Bagiri ilə görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan və İranın dövlət başçıları arasında keçirilmiş görüşlərdə qəbul olunmuş qərarların böyük əhəmiyyət kəsb etməsi vurğulanıb, ölkələr arasındakı tarixi, dini, mədəni, iqtisadi münasibətlərin gün­dən-günə inkişaf edərək möhkəmlənməsi, sərhəd qurumları arasında mövcud əlaqələrin yüksək səviyyədə olması ifadə olun­ub. Müzakirələr zamanı dövlət sərhədində, dövlət sərhədindən bu­ra­­xılış məntəqələrində və Xəzər dənizində şərait, habelə onun növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb. Sər­həd təhlükəsizliyinə təhdidlərə, o cüm­lədən beynəlxalq terror­çuluğa, narkotik vasitələrin qanunsuz dövriyyə­sinə, qaçaqmalçılığa, qeyri-le­qal miqrasiyaya və digər transsərhəd cinayət­lərə qarşı birgə müba­rizənin aparılmasının vacibliyi qeyd edilib.

Ermənistan tərəfindən 20% torpaqlarımızın işğalı nəticə­sində Azərbaycan-İran sərhədinin 132 km hissəsinin nəzarətsiz qalmasının ciddi narahatlıq doğurması İran tərəfinin diqqətinə çat­dırılıb.

Azərbaycan və İran üçün mü­hüm iqtisadi əhəmiyyət kəsb edən “Şimal-Cənub” nəqliyyat dəhli­zinin tərkib hissəsi kimi “Astara” dəmir yolu buraxılış məntəqəsinin fəaliy­yətinin təşkili, yüklərin və nəqliyyat vasitələrinin sərhədkeçmə prose­durlarının sadələşdirilməsi və sərhəd təhlükəsizliyi tədbirlərinin güc­lən­dirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkə vətəndaşlarının rahat səyahət etməsi, o cümlədən turizmin inkişafı məqsədi ilə “Astara” və “Biləsuvar” dövlət sərhə­dindən buraxılış məntəqələrinin iş vaxtının uzadılmasının məqsədə uyğunluğu qeyd olunub.

Qarşılıqlı əməkdaşlığın müsbət göstəricisi kimi nümayəndə heyətləri tərəfindən əvvəlki illərə nisbətən 2017-ci ildə dövlət sərhə­dindən keçən şəxslərin və nəqliyyat vasitələrinin həcminin artması, sərhəd pozma hallarının isə iki dəfə azalması vurğulanıb.

Külli miqdarda narkotik müsadirə olundu - Şirvanda -Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR