Saakaşvili intihar etmək istədi - YENİLƏNİB / VİDEO

Gürcüstanın eks prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə yaşadığı binanın damına çıxaraq intihar etmək istəyib.

Metbuat.az-ın məlumatına görə, binanın ətrafına gələn polislər Saakaşvilini saxlamağa çalışıblar. Saakaşvili bildirib ki, əgər ona toxunsalar, özünü damdan atacaq. Hadisə yerinə xilasedicilər və həkimlər gəlib.

Son məlumata görə, Saakaşvilinin intihar cəhdinin qarşısı alınıb və o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR