Mixail Saakaşvili belə həbs edildi - FOTO / VİDEO

Mixail Saakaşvilinin yaşadığı binanın qarşısında onun tərəfdarları ilə polis arasında toqquşma yaşanıb.

Metbuat.az-ın məlumatına görə, hüquq-mühafizə orqanları siyasətçinin evində yoxlamalar apardığını təsdiqləyiblər. Yoxlamalarda Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak ediblər.

Saakaşvili tərəfdarlarına müraciət edərək, provokasiyaya getməməyə çağırıb və onu Pyotr Poroşenkonun əmri ilə həbs etmək istədiklərini deyib.

Mixail Saakaşvilinin "Facebook" səhifəsində onun saxlanılması ilə bağlı yeni video yayılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR