Az öncə sinoptiklər xəbərdarlıq etdi - Hava proqnozu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 8-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 6-da Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüzdən başlayaraq isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Pensiya alanlar üçün VACİB XƏBƏR! - Artımın məbləği bilindi... - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR