Rusiyanın Suriyadakı bazasının görüntüləri yayıldı - FOTOLAR

Rusiyanın Suriyadakı hava hücumundan müdafiə bazasının peykdən çəkilən görüntüləri yayılıb.

Metbuat.az-ın məlumatına görə, Aralıq dənizi sahillərindəki Tartu ilə Hama arasında olan Masyaf bazasında radarlar və silahlar saxlanılır.

Suriyada Əsəd rejimini dəstəkləyən Rusiya, ölkənin İŞİD terror təşkilatından təmizlənməsində də rol oynayıb. Ötən gecə Suriya ilə bağlı açıqlama verən Rusiya prezidenti Vladimir Putin bildirib ki, bütün bölgələri terrorçulardan təmizləyəcəklər.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR