Yəməndə girov götürülən jurnalistlərin taleyi barədə

Yəmənin paytaxtı Sənada husi üsyançıları Yəmən Tudey telekanalını ələ keçirib.

Metbuat.az-ın məlumatına görə, binadakı 41 jurnalist girov vəziyyətində saxlanıllır. Onların arasında əcnəbi müxbirlərin də olduğu güman edilir. Jurnalistlərin taleyi barədə məlumat verilmir.

Qeyd edək ki, Yəmən Tudey telekanalı keçmiş prezident Əli Abdullah Salehi dəstəkləyirdi.

Sabiq dövlət başçısı bir neçə dəfə buradan Husi üsyançılarına qarşı çıxışlar etmişdi.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR