Elmar Məmmədyarov Avstriyaya yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Mammadyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR