Saakaşviliyə çağırış - "Təslim ol"

Ukraynada Mixeil Saakaşvili ilə bağlı gərginlik davam edir.

Metbuat.az-ın məlumatına görə,vəziyyətin nəzarətdən çıxdığını görən Daxili İşlər naziri Arsen Avakov Saakaşvilini qanunlara tabe olmağa səsləyib.

Nazir özünün Tvitter səhiofəsində qeyd edib ki, Saakaşvili qanuni prosedurdan keçməli və barəsində səsləndirilən ittihamlara cavab verməlidir.

Qeyd edək ki, bu gün Saakaşvili həbs edilsə də, tərəfdarları onu polisin əlindən alıb.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR