Play Store

Ərbil Bağdadı bölgədəki siyasi intizamı pozmaqda ittiham edib

İraqın şimalındakı kürd muxtariyyətinin baş naziri Neçirvan Bərzani mərkəzi hakimiyyəti bölgədəki siyasi nizam-intizamı pozmaqda ittiham edib.

Metbuat.az-ın məlumatına görə, bu gün Fransada keçirdiyi mətbuat konfransında o bildirib ki, Bağdadın kürd muxtariyyətinə qarşı sanksiyaları bölgədə keçirilmiş referendumla əlaqəli deyil.

Onun sözlərinə görə, mərkəzi hökumətin xarici hava şirkətlərinin Süleymaniyə və Ərbilə uçuşları qaqağan etməsi yerli sakinlərin həyat şəraitinə ciddi təsir göstərib.

Fransa səfəri ilə bağlı açıqlama verən Bərzani Parisə səfəri Bağdaddan deyil, Türkiyə vasitəsilə həyata keçirdiyini vurğulayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR