Play Store

İran Xəzərdəki hərbi donanmasına yeni raket gəmisi daxil edib

İran Xəzər dənizindəki donanmasının döyüş tərkibinə ölkədə istehsal olunmuş “Sipər” yeni raket gəmisi daxil edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə İran Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bəndər-Ənzəli limanında keçirilmiş təntənəli təhvil vermə mərasimində İranın müdafiə naziri Əmir Hatəmi iştirak edib. O çıxışında yeni gəminin bölgədə təhlükəsizliyin və sabitliyin qorunmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

““Sipər” raket gəmisi kommunikasiya təchizatı və silah kompleksi nöqteyi nəzərdən ən müasir gəmilərdən biridir”, - deyə Şimal Donanmasının komandanı Əhməd Rza Bakeri bildirib.

Onun sözlərinə görə, gəmi 2,5 il ərzində inşa edilib və dünyanın digər müasir gəmiləri rəqabət aparmaq iqtidarındadır. Əhməd Rza Bakeri gəminin üstünlüklərinə toxunaraq, onun yüksək manevrlik və sürətə malik olduğunu, “yer-yer” tipli raketlərlə və havadan müdafiə vasitələri ilə təchiz olunduğunu qeyd edib. /Apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR