"Qarabağ" "Roma" səfərində məğlub oldu - VİDEO

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turuna start verilib.

Metbuat.az-ın məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” sonuncu oyununa çıxıb.

Ağdam təmsilçisi İtaliyada “Roma”nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

5 dekabr

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

C qrupu

23:45. “Roma” (İtaliya) 1-0 “Qarabağ” (Azərbaycan)

Qol: Perotti (53)

Baş hakim: Tobias Stieler

Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR