Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq
07:12 6 Dekabr 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
“Report” xəbər verir ki, E, F, G və H qruplarında VI tur çərçivəsində baş tutacaq matçlardan sonra 1/8 finala vəsiqə qazanan bütün komandalar bəlli olacaq.
Bu gün meydana çıxacaq kollektivlərdən "Mançester Siti", “Beşiktaş”, “Real Madrid” və “Tottenhem” artıq pley-offa yüksəlib. Son 4 vəsiqəyə isə 7 komanda - "Liverpul", "Sevilya", "Spartak", "Şaxtyor", "Napoli", "Portu" və "Leyptsiq" iddia edir.
“Liverpul”u “Spartak”la matçda heç-heçə də qane edir. Moskvalılar İngiltərədə qalib gələ bilməsələr, “Sevilya” uduzsa belə, yoluna davam edəcək.
“Şaxtyor”un taleyi öz əlindədir. Ukrayna təmsilçisinə “Mançester Siti” ilə dueldə heç-heçə də kifayət edir.
“Portu” “Monako”nu üstələsə, 1/8 finala yüksələcək. “Leyptsiq” isə “Beşiktaş”ı məğlub edib, portuqaliyalıların xal itirməsinə ümid bəsləməlidir.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
6 dekabr
E qrupu
"Liverpul" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya)
"Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya)
Xal durumu: "Liverpul" - 9, "Sevilya" - 8, "Spartak" - 6, "Maribor" - 2.
F qrupu
"Şaxtyor" (Ukrayna) - "Mançester Siti" (İngiltərə)
"Napoli" (İtaliya) - "Feyenoord" (Hollandiya)
Xal durumu: "Mançester Siti" - 15, "Şaxtyor" - 9, "Napoli" - 6, "Feyenoord" - 0.
G qrupu
"Portu" (Portuqaliya) - "Monako" (Fransa)
"Leyptsiq" (Almaniya) - "Beşiktaş" (Türkiyə)
Xal durumu: "Beşiktaş" - 11, "Portu" - 7, "Leyptsiq" - 7, "Monako" - 2.
H qrupu
"Real Madrid" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
"Tottenhem" (İngiltərə) - APOEL (Kipr)
Xal durumu: "Tottenhem" - 13, "Real Madrid" - 10, "Borussiya" - 2, APOEL - 2.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-cempionlar-liqasinda-qrup-merhelesine-yekun-vurulacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR