Play Store

Qurban Qurbanov: "Məğlub olmaq istəmirdik, lakin..." - AÇIQLAMA

Məğlub olmaq istəmirdik, lakin bütün futbolçularımdan razı qaldım.

Metbuat.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Roma" - "Qarabağ" oyunundan (1:0) sonra mətbuat konfransında deyib.

Ağdam təmsilçisinin baş məşqçisi "Roma"nı təbrik edib: "Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Məğlub olmaq istəmirdik, lakin bütün futbolçularımdan razı qaldım. Çox güclü komandaya qarşı oynayırdıq. Çox çətin idi. Ancaq futbolçularım layiqli mübarizə apardılar".

Qeyd edək ki, turnirdə C qrupunda mübarizə aparan "Qarabağ" 2 xalla sonuncu yeri tutub.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR