Bu gün XİN rəhbərləri görüşəcək - Vyanada

Bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.

Metbuat.az xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.

Qeyd edək ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.

Azərbaycan neftinin - Son qiyməti - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR