Görüntülər ürək bulandırır, toyuqları kəsirlər və... - FOTOLAR

Türkiyənin Adana şəhərində polis suriyalı mühacirlərin işlədiyi qanunsuz toyuq qəssabxanasına basqın edib.

Metbuat.az xəbər verir ki, basqın zamanı polis ikimərtəbəli binanın alt mərtəbəsində 500-ə yaxın canlı, 200 kq isə kəsilmiş toyuq aşkar edib. Ələ keçirilmiş məhsullar yoxlama üçün Kənd Təsərrüfatı Nazirliyinə göndərilib. Toyuqlarda hər hansı xəstəliyin olub-olmadığı yoxlamadan sonra məlum olacaq.

Polis 5 suriyalı mühaciri saxlayıb. Onlar qanunsuz kəsilən toyuqların suriyalı mühacirlərə aid restoranlara satıldığını, xüsusilə toyuq qiyməsindən hazırlanan kabablarda istifadə edildiyini deyib.

Aysel Yaqubqızı / Metbuat.az

Almaniyada qatar qəzası - 41 yaralı var

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR