Play Store

Milad ağacı bəzəyən gəncləri elektrik cərəyanı vurdu

Quatemalada Milad ağacını bəzəyən gənclər faciəli şəkildə ölüblər.

Metbuat.az-ın məlumatına görə, Meksika sərhədinə yaxın El Karmen Frontera bölgəsində qurulan Milad ağacının üzərindəki işıqlardan gəncləri elektrik cərəyanı vurub. Məlumata görə, biri qadın olmaqla, 5 nəfəri elektrik cərəyanı vurub ki, onlar da 17-24 yaş arasındadır.

Gənclərdən biri əsas enerji kabellərinə toxunduqda, elektrik cərəyanı metal çərçivəyə yayılıb. Digər gənclər də bundan xilas ola bilməyib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR