Külli miqdarda narkotik müsadirə olundu - DİN

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizov ŞPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən saxlanılıb. Polis Şöbəsində baxış zamanı onun üzərindən ayrı-ayrı qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkovasitənin 3,30 qram və 3,62 qram olmaqla ümumi çəkisi 6,92 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Araşdırmalarla onun narkotik vasitələri əldə etdiyi mənbə də müəyyən edilib və görülmüş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qədirov da saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı otaqda və zirzəmidə ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi narkovasitələr aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkovasitələrin ümumi çəkisi 951,26 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstanbula mövsümün ilk qarı yağdı - VİDEO - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR