“Trampın bu ideyası fəlakətdir” - İsveç XİN rəhbəri

ABŞ prezidenti Donald Trampın İsrail səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi fikrinə ilk reaksiya İsveçdən gəlib.

Metbuat.az-ın məlumatına görə, İsveçin xarici işlər naziri Margot Vallström, Brüsseldəki Avropa Birliyi Xarici işlər nazirləri toplantısı çərçivəsində “TT” xəbər agentliyinə açıqlamasında deyib: “ABŞ prezidenti Donald Trampın səfirliyin köçürülməsi ideyası fəlakətdir. Başqa həll yolları ola bilər. AB xarici işlər nazirləri iclasında ABŞ dövlət katibi Reks Tillersonun nə deyəcəyini maraqla gözləyirik”.

Günay Elşadqızı / METBUAT.AZ

ABŞ bu gün Qüdsü İsrailin paytaxtı elan edəcək?

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR