Play Store

İsrail sərt cavab verdi - Qüds məsələsi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qüdsün müsəlmanların qırmızı xətti olmağı ilə bağlı fikrinə İsraildən cavab gəlib.

Metbuat.az-ın məlumatına görə, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emanuel Nahson, yazılı açıqlamasında deyib: “Ərdoğan tanısa da, tanımasa da Qüds yəhudilərin 3 min illik, İsrailin isə 70 illik paytaxtıdır”.

İsrailin Milli təhsil naziri Naftali Benett isə deyib: “Təəssüf ki, Ərdoğan son illərdə İsrailə hücum üçün heç bir fürsəti qaçırmır. İsrail, Qüdsün İsrail dövlətinin paytaxtı olaraq tanınması da daxil olmaqla, bütün məqsədlərinə davam etməlidir. Hər zaman tənqid edənlər olur. Amma nəticədə birləşmiş Qüdsə sahib olmaq, Ərdoğanın sevgisinə sahib olmaqdan daha yaxşıdır”.

İsrailin Nəqliyyat və Kəşfiyyat naziri vəzifəsini icra edən Yisrael Katz isə açıqlamasında deyib: “Türkiyə prezidentindən əmr almırıq. İsrail suveren ölkədir və Qüds də onun paytaxtıdır”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan ötən gün açıqlamasında deyib: “Cənab Tramp? Qüds müsəlmanlarının "qırmızı xətti"dir. Fələstin xalqının yaralarının qanamağı, hüquq pozuntularının hər gün davam etdiyi vaxtda İsrailə dəstək göstərib, belə qərar vermək təkcə beynəlxalq hüquqa deyil, həm də insanlıq vicdanına vurulan ağır zərbədir. Biz bunu sonuna qədər izləyirik. Əgər belə bir addım atılsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Liderlər Sammitini keçirəcəyik. Təkcə bununla da kifayətlənməyəcəyik. Liderlərin sammiti ilə birgə, bütün İslam dünyasını səfərbər edəcəyik. Amerika bütün işləri bitirdi, indi də bu qaldı? İndi Netanyahu İsraildə öz ambisiyalarını həyata keçirə bilmir. Biz əlbəttə ki, sonuna qədər mübarizəmizi aparacağıq. Bu, İsrail ilə diplomatik əlaqələrin pozulmasına qədər gətirib çıxara bilər. Amerikanı regiondakı problemləri daha da dərinləşdirəcək belə bir addım atmamağa çağırırıq, belə addım ata bilməzsiniz. Artıq dünya bütövdür. Bu bütövlüyün içərisində istədiyiniz kimi hərəkət edərək, bölgədə yarana biləcək çətinlikləri göz ardı edə bilməzsiniz”.

Günay Elşadqızı / METBUAT.AZ

“İsraillə diplomatik əlaqələri kəsə bilərik” - Ərdoğandan sərt açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR