İran-İraq sərhədində yenidən zəlzələ - SON DƏQİQƏ

İraqın Süleymaniyə şəhərinə bağlı Hələbcə ərazisində 4.9 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, zəlzələ yerli saatla 08:53 radələrində hiss edilib.

İlkin məlumatlara görə, tələfat qeydə alınmayıb.

Zəlzələdən qorxuya düşən sakinlər evlərini tərk edib. Bəzi məktəblər bağlanıb.

Xatırladaq ki, noyabrın 12-də sözügedən ərazidə yüzlərlə insanın ölümünə səbəb olan, 7.3 bal gücündə zəlzələ baş vermişdi.

Aysel Yaqubqızı / Metbuat.az

“Trampın bu ideyası fəlakətdir” - İsveç XİN rəhbəri

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR