Play Store

Növbədənkənar prezident seçkiləri ilə bağlı - VACİB XƏBƏR

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

Bu Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR