Kirayə qaldığı evdə gizli kamera tapdı və...

Dünyaca məşhur internet portalı "Airbnb" yeni bir problemlə qarşı-qarşıyadır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, kirayəlik ev və otaq xidməti təklif edən "Airbnb" istifadəçiləri evlərdə gizli kamera tapdıqlarını açıqlayıblar.

Ceyson Skott adlı şəxs "Airbnb"-dən kirayələdiyi otaqda internetə qoşulu gizli kamera tapan dostunun gecə saat 3-də evi tərk etdiyini qeyd edib. Skott, dostuna vurulan mənəvi zərərə görə pul ödənildiyini deyib.

Qeyd edək ki, son bir ayda iki fərqli şəxs sözügedən portaldan kirayələdikləri evdə gizli kamera aşkar etdikləri barədə aidiyyəti qurumlara şikayət edib.

Fazil Məmmədov işdən çıxarılmasından danışdı - AÇIQLAMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR