Quba-Xaçmaz yolunda təmir yekunlaşır

Həm turizmin inkişafı baxımından, həm də vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik olan Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır.

“Azəravtoyol” ASC-dən Metbuat.az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 23 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 7.5 m enində yolun hərəkət hissəsi və 2.25 m enində çiyinlər daxildir.

Sözügedən yolun 12 km-lik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər ərazilərdə isə asfaltlama işləri davam etdirilir. Bundan başqa yeni yol yatağı və yol əsası inşa edilir, kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.

Ümumilikdə layihə çərçivəsində yolun 170 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. İşlər zamanı yolun 12 km-də yerləşən körpünün də təmir olunması nəzərdə tutulub.

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolunun bərpa olunması ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq.

Sakinlər qorxu içindədir, quyuların sayı 200 oldu - VİDEO / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR