4 ölkə Şərqi Aralıq dənizi təbii qazına dair memorandum imzalayıb

Dörd ölkə Şərqi Aralıq dənizi təbii qazına dair anlaşma memorandumu imzalayıb.

Metbuat.az xəbər verir ki, Yunanıstan, İtaliya, İsrail və Cənubi Kipr hökuməti arasında Şərqi Aralıq dənizi təbii qazını Avropaya nəql etmək məqsədilə yaradılan birgə boru kəməri layihəsinə dair anlaşma memorandumu imzalanıb.

Yunanıstanın Enerji Nazirliyindən edilən şərhə görə, Lefkoşada təşkil edilən yığıncaqda bu ölkənin enerji naziri Yorgos Stathakis, İsrailin enerji naziri Yuval Steinitz, Cənubi Kipr hökumətindən olan həmkarı Yorgos Lakkotripis və İtaliyanın Cənubi Kiprdəki səfiri Andrea Cavallari ilə birgə Şərq Aralıq dənizi (“EastMed”) təbii qaz boru kəməri layihəsi üzrə memorandum imzalayıb.

“EastMed” təbii qaz boru kəməri layihəsi ilə bağlı yayımlanan birgə bəyanatda isə texniki işlərin davam etdiyi və 2018-ci ildə hökumətlərarası razılaşmanın imzalanmasının nəzərdə tutulduğu bildirilib.

Ümumi uzunluğu 2 min 200 kilometr olacaq və 2025-ci ildə tamamlanması planlaşdırılan təbii qaz boru kəmərinin tikinti xərclərinin 6 milyard avro olması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR