Play Store

Saakaşviliyə təslim olmaq üçün verilən vaxt başa çatır

Ukraynanın Baş Prokurorluğu Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində axtarış elan edib.

Metbuat.az-ın məlumatına görə, baş prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Saakaşvili cinayətə təşəbbüs etmək, cinayətkar dəstənin üzvlərinə yardım göstərmək və onların əməllərini gizlətməkdə təqsirli bilinir.

Bundan əlavə, ona təslim olmaq üçün 24 saat vaxt verilib. Vaxt bu saatlarda başa çatır.

Xatırladaq ki, ötən gün sabiq qubernator Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin az sonra o, tərəfdarlarının köməyi ilə azad edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR