Play Store

Kaliforniyada meşə yanğınları sürətlə genişlənir

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları sürətlə genişlənir.

Metbuat.az-ın məlumatına görə, 12 kv km ərazini əhatə edən yanğınlar nəticəsində yüzlərlə tikili kül olub. Çoxlu sayda binada fəsadlar əmələ gəlib. Daha 3 min ev isə sıradan çıxmaq təhlükəsiylə üzləşib. 150 min nəfər təxliyə edilib.

Alov üzündən yanğınsöndürənlər bəzi məntəqələrə daxil ola bilmir. İsti və küləkli hava onların işini xeyli çətinləşdirir. Təbii fəlakətlə əlaqədar bölgədəki məktəblərdə tətil elan edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR