Sabirabadda toyda kütləvi dava olub - Xəsarət alanlar var

Sabirabadın Qaragüney kəndində keçirilən toy şənliyində kütləvi dava olub.

Metbuat.az-ın məlumatına görə, rayon sakini Əsədov Sərxan Tahir oğlu bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1982-ci il təvəllüdlü Xudiyev Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu əməliyyat olunmaq üçün Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR