Paytaxtda mənzildən 62 yaşlı kişi ölü tapıldı

Paytaxtda mənzildən 62 yaşlı kişi meyiti tapılıb.

Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub ki, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Həsənzadə Rauf İslam oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR