Dünya Trampa qarşı ayağa qalxdı - "Bu qərar cəhənnəmin qapılarını araladı"

ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanıması dünya miqyasında etirazla qarşılanıb.

Metbuat.az-ın məlumatına görə, Türkiyə Xarici İşlər naziri Mövlut Çavuşoğlu bu qərarı qınayıb. Diplomat bu addımı "məsuliyyətsiz" adlandırıb.

Fələstin prezidenti Mahmud Abbas: Qərarı tanımırıq. Qüds həmişə Fələstinin paytaxtı kimi qalacaq.

İranın Ali dini lideri Ayətullah Əli Xamneyi: Çarəsizlik içində Qüdsü İsrailin paytaxtı elan etdilər. Fələstin xalqı zəfər qazanacaq.

Fransa prezidenti Emmanuel Makron: Fransa bu qərarı tanımır.

Həmas: Qərar cəhənnəmin qapılarını araladı.

BMT-nin baş katibi Antoniu Quttereş: İsrail-Fələstin arasında sülh danışıqlarının yenidən başlaması üçün əlimdən gələni edəcəm.

Misir: Trampın Qüds qərarını rədd edirik.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR