Play Store

Rusiya və Avropa Birliyindən Qüdslə bağlı açıqlama

“Həmas”ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyyə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla ABŞ-ın Qüdslə bağlı qərarını müzakirə edib.

Metbuat.az-ın məlumatına görə, “Həmas”-ın mətbuat xidmətindən verilən yazılı açıqlamada bildirilib ki, Haniyyə ilə Boqdanovun telefon danışığında, ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarının beynəlxalq hüquqa zidd olduğu və beynəlxalq qərarlara açıq şəkildə meydan oxumaq olduğu qeyd edilib.

Haniyyə bildirib ki, Vaşinqton bölgəni yeni münaqişəyə sürükləyir.

Boqdanov isə Qüds məsələsinin beynəlxalq qərarlara bağlı olduğuna işarə edərək, ABŞ-ın qərarından narahat olduqlarını və Fələstin xalqı ilə həmrəy olduqlarını bildirib.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də narahatlığını dilə gətirib: “Avropa Birliyi bu gün ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı açıqlamasından ciddi narahatlıq duyur”.

Günay Elşadqızı / METBUAT.AZ

“Tramp qərar verməzdən öncə...” - ABŞ dövlət katibi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR