Xırdalanda dəhşətli yanğın - 30 nəfər təxliyə edildi

Xırdalanda yaşayış binasında yanğın olub.

Hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. //APA

Yağın gömrük rüsumu 3 dəfə azaldılır - Sabahdan - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR