Niderlandda da məscidə hücum etdilər

Niderlandda da məscidə hücum etdilər
21:05 9 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Niderlandın Vlardingen şəhərində məscidə hücum edilib.
 
Milli.Az bildirir ki, Trend-in Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata əsasən, mərakeşlilərə məxsus məscidə alışqan boya spreyi atılıb.
 
Məscidin nümayəndəsi bildirib ki, sprey məscidin qadınlar bölümünə atılıb və bu zaman məsciddə heç kəs olmayıb.
 
O, 1988-ci ildən bu şəhərdə olduqlarını və ilk dəfə bu cür halla üzləşdiklərini qeyd edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR