Play Store

Gömrükdə çamadandan qadın çıxdı - Türkiyə

Türkiyə polisi Gürcüstan vətəndaşının çamadanından qadın tapıblar.

Metbuat.az xəbər verir ki, hadisə Türkiyənin Artvin vilayətində baş verib. Sərhəd-keçid məntəqəsində özünü şübhəli aparan şəxs saxlanılıb.

Axtarış zamanı polislər həmin şəxsin çamadanından Türkiyəyə qeyri-leqal yollarla keçməyə çalışan qadını aşkar edib.

Hər iki şəxs dərhal Gömrük Mühafizə Qaçaqmalçılığı və Kəşfiyyat İdarəsinə təslim edilib.

Aysel Yaqubqızı / Metbuat.az

“ABŞ-ın qərarı təhlükəli təsirlərə səbəb olacaq” - Qətər əmiri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR