Kərkük-Ceyhan neft kəmərinin inşasına dəvət almışıq -

Kərkük-Ceyhan arasında planlaşdırılan yeni əsas neft kəmərinin inşasına dəvət almışıq.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, rəsmi Bağdad Kərkük də daxil olmaqla 9 neft yatağının tenderinə Rusiya şirkətlərini dəvət edib. Artıq Rusiya şirkətləri bununla bağlı işlərə başlayıb. Dəvətlər əsasən Kərkükdəki ehtiyatlarla bağlıdır.

“Bundan başqa, Kərkük-Ceyhan arasında planlaşdırılan yeni əsas neft kəmərinin inşası üçün də dəvət almışıq. Xüsusilə də, Rusiya tikinti şirkətləri buraya dəvət olunub”, - deyə A.Novak əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR