Avro-2020-nin A qrupunun 3 oyunu Bakıda keçiriləcək

2020-ci il futbol üzrə Avropa çempionatının final mərhələsində qrup oyunlarının keçiriləcəyi stadionlar müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, turnirə ev sahibliyi edəcək 12 şəhərin hər birində 3 qrup oyunu keçiriləcək.

Beləliklə, A qrupunun 3 oyunu Bakı Olimpiya Stadionunda, digər 3 oyun isə Romada təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl çempionatın Avropanın 13 müxtəlif şəhərində keçirilməsi nəzərdə tutulmuşdu, lakin Brüssel bəzi öhdəlikləri yerinə yetirmədiyi üçün turnirdən uzaqlaşdırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR