Play Store

Ərdoğan yunanıstanlı həmkarıyla görüşdü

Afinada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yunanıstanlı həmkarı Prokopis Pavlopulosla bir araya gəlib.

Metbuat.az-ın məlumatına görə, Prokopis bildirib ki, 65 il sonra Türkiyə dövlət başçısı səviyyəsində Yunanıstana ilk səfər reallaşıb.

“Bu tarixi hadisədir” deyən prezident, iki ölkə arasında əməkdaşlığın inkişaf edəcəyinə inandığını bildirib.

Ərdoğan isə qeyd edib ki, ölkələr arasında bəzi məsələlərdə xüsusilə Lozanna müqaviləsinin maddələri ilə bağlı fikir ayrılığı var. Səfər çərçivəsində Ərdoğan Yunanıstanın baş naziri Aleksis Siprasla da bir araya gəlib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR