Play Store

“İŞİD-ə qoşulan Böyük Britaniya vətəndaşları öldürülməlidir”

“İŞİD terror təşkilatına qoşulan Böyük Britaniya vətəndaşları öldürülməlidir”.

Metbuat.az-ın məlumatına görə, belə açıqlamayla çıxış edən krallığın Müdafiə naziri Qevin Vilyamson bildirib ki, onların ölkəyə qayıtmasına imkan vermək olmaz. Nazirin sözlərinə görə, terrorçuların məhv edilməsi üçün bütün tədbirlər görüləcək:

"Təhlükəni aradan qaldırmağın çox sadə yolu var. Düşünürəm ki, ölü terrorçu ölkəyə zərər verə bilməz".

Qeyd edək ki, hazırda İraq və Suriyada 600-dan çox britaniyalı terrorçunun olduğu güman edilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR