"Sabahdan etibarən 3-cü üsyan başlayır" - Qüds gərginliyi

Fələstində fəaliyyət göstərən HƏMAS təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə bütün tərəfdarlarını yeni intifadanı təşkil etməyə çağırıb.

Metbuat.az-ın məlumatına görə, Cümə gününü “qəzəb günü” elan edən Haniyə, sabahdan etibarən Qüdsün yəhudiləşdirilməsi planlarına qarşı 3-cü üsyanın başlayacağını bəyan edib. O bildirib ki, budəfəki hərəkat “Qüdsə və İordan çayının qərb sahilinə azadlıq” şüarı altında keçiriləcək.

Bu arada, Qüdsün şərq hissəsində və İordan çayının qərb sahilində Trampın qərarına etiraz olaraq, kütləvi tətillərə başlanılıb. Aksiyaya sahibkarlar və dövlət idarələrinin işçiləri də qatılıb.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR