Ərdoğan: "Onlar türk sözünün işlədilməsini belə həzm edə bilmirlər"

Ərdoğan: "Onlar türk sözünün işlədilməsini belə həzm edə bilmirlər"
20:52 7 Dekabr 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanda səfərdədir.

Milli.Az report.az-a istinadən bildirir ki, o, səfər çərçivəsində Yunanıstan prezidenti Prokopis Pavlopulos və baş nazir Aleksis Çiprasla görüşüb.

Prezidentlər 1923-cü il iyulun 24-də İsveçrənin Lozanna şəhərində imzalanan eyniadlı müqaviləyə münasibət bildiriblər. Bu müqavilə Türkiyə və Yunanıstan arasında sərhədlərin tanınması və münasibətlərə aiddir.

Yunanıstan prezidenti bu müqavilədə ölkəsindəki etnik azlıqların dini əsasda müəyyənləşdiyini söyləyib.

Türkiyə prezidenti çıxışında yunanıstanlı həmkarının bu fikrinə etirazını bildirib: "Lozanna müqaviləsi 94 il əvvəl imzalanıb. Bu, Türkiyə və Yunanıstan arasında imzalanan müqavilə deyil. Həmin müqavilədə Yaponiya, İngiltərə və Portuqaliyanın belə adları var. 94 il ərzində dünya yenidən qurulub. Türkiyə ilə Yunanıstan arasında bir çox məsələ dəyişb, inkişaf edib. Məsələn, Lozanna müqaviləsində Yunanıstandakı türklərlə bağlı müsəlman ifadəsi işlədilib. Avropa İnsan Haqları Məhkəməsində isə türk ifadəsi işlədilir. Türkiyədə keşiş təyin edilmir, seçilir. Onu kilsə məclisi seçir və Türkiyə vətəndaşı olması şərtdir. Ancaq Qərbi Trakiyada müsəlmanların baş müftisini hələ də oradakı din adamları seçə bilmir. Bu, necə Lozanna müqaviləsidir? Deməli, Lozanna müqaviləsi tətbiq edilmir. Onu bu şəkildə tətbiq etməliyik. Qərbi Trakiyada türk sözünün işlədilməsini belə həzm edə bilmirlər. Türkiyədə yunanlara qarşı belə davranışı görə bilməzsiniz. Məncə, bizim bir dəfə bunları deməyimiz lazımdır. Təbii ki, hərbi məsələdə də çətinliklər yaşanır. Siz NATO üzvlüyündən çıxandan sonra yenidən üzv olmaq istəyərkən biz sizə dəstək verdik. Biz mane olsaydıq, siz NATO-ya yenidən üzv ola bilməzdiniz. Biz məsələyə qonşu kimi baxdıq, yenə də elə baxırıq".

Rəcəb Tayyib Ərdoğan Kipr məsələsində də Yunanıstan hakimiyyətinin tutduğu mövqeyi tənqid edib.

Türkiyə prezidenti Yunanıstanın baş naziri Aleksis Çiprasla görüşündə heç bir dövlətin torpağında gözlərinin olmadığını vurğulayıb.

Qeyd edək ki, 1952-ci ildə Türkiyənin o vaxtkı prezidenti Celal Bayar ilk dəfə olaraq Yunanıstana səfər etmişdi. Həmin vaxtdan sonra Rəcəb Tayyib Ərdoğan bu ölkəyə rəsmi səfər edən ikinci prezidentdir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR