Pakistanda qayıq batdı - 18 ölü, 40 yaralı

Pakistanın Ərəbistan dənizi sahilində qayıq batıb.

Metbuat.az xəbər verir ki, ilkin məlumatlara görə, qayıqda 100-dən çox adam olub. Onlardan 18 nəfərin cəsədi tapılıb, 40 nəfər yaralı sudan çıxarılıb.

Pakistan Hərbi Dəniz Qüvvələri ölü sayının artacağından narahatdır. İtkin düşənlərin axtarışı davam etdirilir.

Məlumata görə, qayıqdakılar dini mərasimə getmək üçün yola çıxıblar.

Aysel Yaqubqızı / Metbuat.az

Donald Trampın oğlu ifadə verib

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR